Meymun çiçəyi virusunun ilk yayıldığı yer məlum olub: Məhz bu şəhərdə... - FOTOLAR


May ayının əvvəlində yenidən ortaya çıxan və Belçika, Almaniya, Kanada, ABŞ, İsrail kimi bir çox ölkədə görülən meymun çiçəyi virusu bütün dünyanı gündəmə gətirib. Digər tərəfdən, virusun iki həftə əvvəl Belçikada keçirilən və 3 hadisənin açıqlandığı "Darklands" adlı fetiş festivalı ilə əlaqəli olduğu iddia edilib.

Türküstan.azxəbər verir ki, Koronavirus pandemiyasının təsirləri tamamilə bitməmiş İngiltərə, İspaniya, Portuqaliya, ABŞ, Kanada, İsveç, İtaliya, Fransa, Belçika, Almaniya, Avstraliya və İsraildə müşahidə olunan meymun çiçəyi virusu bütün dünyanı qorxudub.

FETİŞ FESTİVALINDAN YAYILIB

Meymun çiçəyi virusu sürətlə yayılaraq dünyanı narahat edərkən, Belçikada aşkar edilən bəzi hadisələrin iki həftə əvvəl ölkənin ikinci böyük şəhəri Antverpendə keçirilən "Darklands" adlı fetiş festivalı ilə bağlı olduğu açıqlanıb. Festival rəhbərliyinin Facebook hesabından verdiyi açıqlamada, iştirakçılardan qripə bənzər şikayətlər və dəridə qabarcıq kimi əlamətlərə qarşı diqqətli olmaları istənilib. Festival komandası meymun çiçəyi virusunun xarici iştirakçılar vasitəsilə yayıldığına inanır.

21 GÜNLÜK KARANTİN QƏRAR VERİLİB

Mayın 4-dən 9-a kimi Antverpendə keçirilən Darklands fetiş festivalına Türkiyədən və xaricdən çoxu kişilər olmaqla 10 min ziyarətçi gəlib. Ölkədə meymun çiçəyi virusuna yoluxanların 21 gün müddətində karantində qalması qərara alınıb. Bu insanlarla yüksək riskli təmasda olanlardan simptomların inkişaf edib-etməmələrini özləri izləmələri xahiş olunub.

Yüksək riskli təmaslara otaq yoldaşları, cinsi partnyorlar, yaxın təmaslar və xəstəyə qulluq edən tibb işçiləri daxildir. Geylər və çoxlu partnyorları olan insanlar üçün maarifləndirmə kampaniyası da təşkil olunacaq. Karantin qərarını ictimaiyyətə elan edərək, Qulluq və Sağlamlıq Agentliyinin ekspertlərindən ibarət Riskin Qiymətləndirilməsi Qrupu (RAG) meymun çiçəyi virusuna yoluxmuş insanlarla yüksək riskli təmasda olanlara cavabdehdir; immuniteti zəif olan insanlara hamilə qadınlar və uşaqlarla təmasda daha diqqətli olmağı tövsiyə edib.

Tüm dünya diken üstünde! Büyük panik yaratan maymun çiçeği 'fetiş' festivalinden yayılmış

Tüm dünya diken üstünde! Büyük panik yaratan maymun çiçeği 'fetiş' festivalinden yayılmış

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ