İstanbul Hava Limanından daha bir rekord


İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında gündə orta hesabla 1424 uçuşla Avropanın ən işlək hava limanı olaraq qeyd edildi.

Turkustan.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyata keçirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1314 uçuşla Amsterdam Schiphol, 1306 reyslə London Hitrou hava limanı izlədi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ