İsrail ordusu İordan çayının qərb sahilində fələstinlilərin evlərinə basqın etdi


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində fələstinlilərin evlərinə basqın edərək onlardan bəzilərini saxlayıb.

Turkustan.az xəbər verir ki, İsrailli əsgərlər Nablusun şərq hissəsində Əskər əl-Kədim qaçqın düşərgəsinə basqın ediblər.

Basqına reaksiya verən fələstinlilərlə İsrail əsgərləri arasında dava düşüb. İsrail əsgərləri axtarışda olan bəzi şəxsləri təhvil verməsələr, sakinlərin evlərini sökməklə hədələyiblər.

İsrail ordusu Cenin, Tulkerim, Bethlehem və Hebronun müxtəlif şəhərlərinə basqın edərək bəzi fələstinliləri həbs edib.

Saxlanılanların sayı ilə bağlı məlumat verilməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ