Çinin yüksək rütbəli rəsmiləri HƏMAS nümayəndələri ilə görüşdü


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunqinq Çinin dəvəti ilə HƏMAS və Fələstin Milli Azadlıq Hərəkatının (Fəth) nümayəndələri ilə görüşdüklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunqinq bu gün verdiyi açıqlamada HƏMAS və Fəth nümayəndələrinin Çinin dəvəti ilə paytaxt Pekinə gəldiyini bildirib. Tərəflər Fələstindəki mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Bəyanatda deyilir : “Çin tərəfinin dəvəti ilə Fələstin Milli Azadlıq Hərəkatı (Fəth) və Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) nümayəndələri bu yaxınlarda Fələstin barışığını təşviq etmək üçün dərin və səmimi dialoq qurmaq üçün Pekinə gəldilər."

Hər iki tərəf dialoq və məsləhətləşmələr yolu ilə barışığa nail olmaq üçün siyasi iradələrini tam şəkildə ifadə edib, bir çox konkret məsələlər üzrə danışıqlar aparıb və ümidverici irəliləyiş əldə ediblər.

Tərəflər tezliklə Fələstin həmrəyliyi və birliyinə nail olmaq məqsədi ilə bu dialoq prosesini davam etdirmək barədə razılığa gəliblər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ