Məşrutə hərəkatında amerikalı mücahid


Hovard Conklin Baskervil 10 aprel 1885-ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteryan rahibləri idilər. O 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini, boks təhsili almışdır. O, ABŞ Prezidenti Vudro Vilsonla birlikdə hüquşünaslıq, konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir.

1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir. O, Təbrizdəki missioner məktəbi olan Amerikan Memorial Məktəbində işləməyə başlamış, ingilis dili, tarix, coğrafiya elmlərini tədris etmişdir. O, həmçinin qızlarla oğlanların birlikdə təhsil aldığı məktəbdə tennis, at sürmə peşəsini tədris etmiş və şagirlərə “Venesiya tacirləri” əsərini öyrətmişdir.

1909-cu ildə İranda Konstitusiya İnqilabı gedən zaman o, Konstitusiyalı Demokratiyanı müdafiə etmək üçün könüllü qüvvələr toplamaq qərarına gəldi. Təbrizdəki amerikan Konsulu Uilyam F.Doti onu bu işdən çəkindirməyə çalışsa da, Hovard 100 nəfərdən ibarət dəstə düzəldərək Qacar royalistləri tərəfindən mühasirəyə alınan Təbriz şəhərinin mühasirədən azad etməsi üçün döyüşdü. Bir qrup şagirdlə şəhəri mühasirədən çıxarmaq üçün etdiyi hücum zamanı Məhəmmədəli Şahın ordusu tərəfindən snayper atəşi ilə qətlə yetirildi (19 aprel 1909-cu il). Öldürülən zaman Hovardın 24 yaşı var idi.

Azadlıq mücahidi Baskervilin Təbrizdəki dəfn mərasimi Səttarxannın göstərişilə böyük ehtiram və xalq izdihamının müşayətilə olmuşdu. Uzaq Amerikadan gəlmiş və öz istəyilə məşrutəçilərə kömək etmiş Şəhid Baskervili Azərbaycan torpağı doğma övladı kimi köksünə çəkib əzizlədi. Hovard Təbrizdəki xristian qəbirstanlığında dəfn edildi. Dəfn mərasimində çıxış edən Həsən Tağızadə bu sözləri demişdi:

“Gənc Amerika gənc Baskervilin timsalında gənc İran Konstitusiyasına öz qurbanını verdi “.

Baskervilin döyüş tüfənginin üzərinə böyük minnətdarlıq sözləri yazılaraq xatirə üçün onu Amerikadakı anasına göndərilmişdi. Tədqiqatçı alimlərdən biri yazır ki, millət onun azadlığı yolunda qurban getmiş bu əcnəbi fədakarı tanımalıdır. İran azadlıqsevərləri Baskervili heç vaxt unutmamalıdır. O, azadlıq yolunda canını fəda edib. Buna görə də o, azadlıq sevərlərin qəlbində həmişə yaşayacaq.

Ölümündən sonra küçə və məktəblərdən biri onun adını daşımağa başladı. Təbrizdəki Konstitusiya Evində Hovardın şərəfinə büst qoyuldu. Büstün üzərində “Vətənpərvərlik və tarixin yaradıcısı” sözləri yazılmışdır.

“Mənimlə bu insanlar arasındakı yeganə fərq doğum yerimdir, bu da böyük fərq deyildir”. H. C. Baskervil

Hazırladı – Fuad Kamil oğlu

( az.wikipedia.org)


MANŞET XƏBƏRLƏRİ