Hardasınız 13-lər…


O dərd batmanla gəlmişdi Xocalıya!

O gecə Dəhraz kənd,i xəndək, çarəsiz xocalılar, dərin-dərin yuxuya dalmış dünya və bəlkə Tanrının özü…

Yer üzündə yaşanan qiyamətdən xəbərsizdilər, çünki gözlə kor, qulaqlar kar olmuşdu. İnsanlar amansızlıqla qətlə yetirildi o gecə insanlıqla bərabər. Xocalı faciəsi bir dərd idi, taleyin hələ də məlum olmayan, 13 gəncin dönüşü olmayan yolçuluğu ayrı bir dərd Bu dərd heç qaysaqlanmadı, hələ də qan ağlayır…
Kitab belə başlayır. Onun ilk səhifəsi də, son səhifəsi də qanla yoğrulub.

O gecə onlar neçə-neçə qadını usagı mühasirədən çıxarmaq üçün döyüşə atılsalarda bu qeyri –bərabər döyüşdə təslim olmaq məcburiyyətində qaldılar. Çünki ermənilər dəfələrlə təslim olmasanız qadınları, uşaqları ödürəcəklərini – söylədilər. Onlar yaxşı bilirdilər ki, erməni yaraqlıları bu gəncləri sağ buraxmayacaqdılar. Qadınlara uşaqlara görə təslim oldular. O dəhşətli hadisənin şahidi İradə Qarayevanın dediklərindən :

- 200 nəfərdən ibarət olan dəstəmizi Dəhraz kəndi yaxınlığında erməni yaraqlıları girov götürərək oradakı fermaya gətirdilər. Ordakı dəhşəti sözlı ifadə etmək olmur.
Saxlandığımız yer çox soyuq olduğundan körpələr həm soyuqdan, həm də aclıqdan ağlayırdılar. Gecədən xeyli keçmişdi ki, bir neçə erməni yaraqlısı içəri girərək bir göz qırpımından aramızdan 13 nəfər gənci seçib apardılar. Onlar milli ordunun əsgərləri idi. Həyat yoldaşım Usubəlini aparanda qucağımda körpə qızım Lamiyə yuxudan ayılaraq ağlamağa başladı. Sanki atasından sonsuza qədər ayrılacağını dumuşdu.

Bu 13 nəfərdən anasının son ümüdi olan Ülfətdə vardı, ata-anaının 3 oğlu olan Zakir Əlyar Elşad da…

Indi artıq o oğulların nə ataları, nə də anaları sağ deyillər. Son ana kimi oğul, oğul –deyərək dünyalarını dəyişdilər.

Ülfətin anası Zoya xanım onda çox gənc olduğunda oğlu anasına bizi aparacaq “bax səsini çıxarma”- deyə pıçıldayır. 3 oğlun ata-anası ağlayaraq heç olmasa oğullarımızdan bircəsini biz qocalara bağışlayın –deyəndə tüfəngin qundağı ilə ananı elə vururlar ki, huşunu itirir.

Aradan düz 33 il ötsədə bu gənclərin taleyindən xəbər çıxmadı.

Trixi unutmamaq və unutdurmamaq üçün 13 gəncin nakam taleyindən bəhs edən Hardasınız 13-lər? adlı Azərbaycan və ingilis dillərində nəşr olunacaq. Bu kitab Azərbacan Respublikasını QHT- na Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə erməni təcavüzün tanıdılması ib layihəsi ilə Azərnəşrdə çap olunacaq. Kitab Azərbaycan və ingilis dillərindədir.

ingilis dilinə tərcümə edənlər Henri van Rens və Gülnarə Əliyevadı. Redaktoru isə tanınmış jurnalist Rəsmiyyə Qarayevadır.
Kitabın sonunu isə bu sözlərlə bitir.

Ey yolçu Xocalıya getsəniz bu 13 gənci soraqlayın, bəlkə onlardan bir nişanə tapdınız…
Səriyyə Müslüm qızı


MANŞET XƏBƏRLƏRİ