Ceyhunun nəşinin gətirilməsi üçün yardım kampaniyası başlatdılar


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl həmyerlimiz Ceyhun Sadibəyli ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərindəki çimərliklərin birində boğularaq vəfat edib.

Turkustan.az məlumatına görə, Ceyhunun nəşinin Azərbaycana gətirilməsi məqsədilə yardım kampaniyası başladılıb.

Bildirilib ki, ailəsinin arzusuna uyğun olaraq, onun nəşinin doğma vətəni Azərbaycana göndərilməsi planlaşdırılır. Lakin nəşin repatriasiyası (ölkəyə qaytarılması), sənədləşmə və dəfn xərcləri yüksək məbləğ tələb edir. Bu səbəbdən dostları yardım kampaniyası başladaraq Ceyhunun ailəsinə maddi və mənəvi dəstək olmaq qərarına gəlib.

Qeyd edək ki, Bostonda yaşayan C. Sadibəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə olarkən həyat yoldaşı suda boğulmağa başlayıb. 24 yaşlı Ceyhun xanımını xilas etmək istəyərkən özü ölüb. /Qafqazinfo/


MANŞET XƏBƏRLƏRİ