Moskvaya PUA hücumu: Bakıdan uçan təyyarə...


Ötən gecə Bakı-Moskva reysi ilə uçan təyyarə Ukraynanın PUA hücumuna görə Saratovdakı ehtiyat aerodroma yönləndirilib.

Turkustan.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Qeyd olunub ki, Moskvaya uçan 9 təyyarə Saratovdakı ehtiyat aerodroma yönləndirilib:

“Söhbət Tiflis (Gürcüstan), Qazipaşa (Türkiyə), Bakı (Azərbaycan), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Mineralnıye Vodı, Stavropol və Soçidən (iki reys) uçuşlardan gedir”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ