Vens: Moskva və Kiyev arasında birbaşa təmaslar Ukrayna ilə bağlı növbəti addımdır


ABŞ hesab edir ki, Ukraynadakı münaqişənin həlli prosesində növbəti mühüm addım Moskva və Kiyev arasında birbaşa təmaslar olmalıdır.

Turkustan.az xəbər verir ki, bunu Amerikanın vitse-prezidenti J.D.Vens deyib.

Və gözlənildiyi kimi, Rusiya ilə Ukraynanın mövqeləri arasında böyük fərq var və biz hesab edirik ki, danışıqlarda növbəti addım onun azaldılması olmalıdır"- o, Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransının təşkil etdiyi forumda çıxış edərkən deyib.

"Biz hesab edirik ki, iki tərəf arasında heç olmasa bir qədər birbaşa danışıqlar aparılmadan bu məsələdə tam vasitəçilik edə bilməyimiz yəqin ki, qeyri-mümkündür. Bizim diqqətimiz də məhz budur"-deyə, ABŞ vitse-prezidenti əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ