Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin geniş tərkibdə nümayəndə heyətinin tərkibində keçiriləcək bir sıra beynəlxalq görüşlərində iştirak edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Ümumilikdə, Rusiya prezidentinin 7-10 may tarixləri üçün planına 15-dən çox beynəlxalq görüş daxildir. Mayın 7-də Vladimir Putin Venesuela lideri Nikolas Maduro ilə danışıqlar aparacaq, daha sonra növbə ilə Kuba, Monqolustan və Konqo Respublikasının prezidentləri - Migel Diaz-Kanel, Uxnaaqiyn Xurelsux və Denis Sassu Nqesso ilə danışacaq.
Aytən Yaşar/ Turkustan.az