Şahbaz Şərif qisas almağa çağırdı: Xalq küçələrə çıxdı - FOTOLAR


Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın həyata keçirdiyi hücumlardan sonra Pakistan ordusuna “özünümüdafiə hüququndan istifadə etmək və müvafiq hərbi cavab vermək” səlahiyyəti verib.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Şahbaz Şərifverdiyi yazılı açıqlamada Milli Təhlükəsizlik Komitəsinin iclasında alınan qərarları paylaşıb:

“Pakistan günahsız mülki insanların həyatını itirməsinə və suverenliyinin pozulmasına görə intiqam almaq hüququndan müəyyən etdiyi vaxt, məkan və üsulla istifadə edəcək. Pakistan xalqı gələcək mümkün hücumlara qarşı qətiyyətli və davamlı mövqeyini davam etdirəcək”.

Hindistanın dünən gecə başlatdığı hücumdan sonra Pakistanda insanlar küçələrə axışaraq etiraz aksiyalarına başlayıb. Xalq dinc sakinlərin hədəf aldındığı iddia edilən hücumlara hökuməti qisas almağa çağırıb. Əsasən İslamabadda keçirilən nümayişlərdə vətəndaşlar Hindistana cavab hücumları tələb ediblər.

Roza

/publika.az


MANŞET XƏBƏRLƏRİ