«Bir yarpağam» adlı tədbir keçirildi


Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəfəq kənd Mədəniyyət evinin təşkilatçılığı ilə yazıçı şair Ələsgər Əlioğlunun yaradıcılığına həsr olunmuş «Bir yarpağam» adlı tədbir təşkil olundu.

Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova şair Ələsgər Əlioğlunun həyat yaradıcılığı haqqında geniş məlumat verdi.

Tədbirdə Şəfəq kənd İcra nümayəndəsinin müavini Xudiyev Müşviq, Uşaq bağçasının direktoru Qurbanova Şərafət, Şəfəq kənd tam orta məktəbinin kitabxanaçısı Zamanova Həmayə, müəllimlərdən Orucova Sənarə, Bayramova Güldanə çıxış etdilər.

No description available.

Tədbirdə şagirdlər şairin şeirlərində həsr olunmuş səhnəciklər kompozisiyalar səsləndi. Tədbirin sonunda Şəfəq kənd Mədəniyyət evinin kollektivi şairə gül hədiyyə təqdim etdilər. Tədbirin təşkili üçün şair Ələsgər Əlioğlu Şəfəq kənd Mədəniyyət evinin rəhbərinə kollektivinə təşəkkürünü bildirdi.

İlqar Daşdı MÜZƏFFƏROĞLU,

AJB-nin üzvü


MANŞET XƏBƏRLƏRİ