Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Çanaqqala savaşının 110-cu ildönümündə xüsusi əlyazmaları ortaya çıxarılıb.
Turkustan.az xəbər verir ki, onun müharibə zamanı əlyazma sənədində əsgərlərə verdiyi əmrin detalları məlum olub.
Atatürk əsgərlərinə düşəmənlərin teleqraf yazışamalarının ifşa edildiyini bildirib:
“Qarşımızdakı düşmən komandirinin radiostansiya vasitəsilə yardım gəmiləri üçün müraciət etdiyini öyrənmişik. Onların bir -birilərinə mesajları əlimizə keçib. Nəticə olaraq qarşımızda 4 tabor əsgər var. Düşmənin göndərilən yardımı almasına icazə vermədən hücumu davam etdirin. Düşməni gizləndikləri mövqelərdən çıxarın. Bundan əvvəlki əmrimdə də deyildiyi kimi, 125-ci alayın bir qrup əsgəri 27-ci alaya göndəriləcək. 14-cü alay üçün ehtiyat birlik yaradılacaq. 14 və 27-ci alay ilə arxanızdakı ehtiyat birlikləri də yanınıza alaraq sol istiqamətdən düşmənə dağıdıcı zərbə endirmək üçün dərhal hücuma keçin. 15-ci alay cəbhə xəttindən geriyə çəkilib, 13-cü alay da hərəkətə keçməyə hazırdır. Bütün topçular piyadaların hücumunu izləyəcək və onları qoruyacaqdır”.
Türkiyəli tarixçilərin fikrincə, bu əlyazma sayəsində Çanaqqala savaşı zamanı kəşfiyyat fəaliyyətinin yaxşı səviyyədə olduğu da tədiqləndi. Atatürkün qeyd edilən hücum əmri müharibənin ən vacib qərarlarından biri kimi dəyərləndirilir. Sözügedən əlyazmanın görüntüləri böyük maraqla qarşılanıb.
Globalinfo.az