“Gallub” şirkətinin Ermənistan ofisi mayın 6-da keçirdiyi mətbuat konfransında rəy sorğusunun nəticələrini açıqlayıb.
Turkustan.az xəbər verir ki, respondentlərdən “növbəti bazar günü seçki keçirilsə, hansı sityasi qüvvəyə səs verəcəksiniz” sualı soruşulub.
Sorğunun nəticələri belədir:
Hakim “Mülki müqavilə” partiyası – 11,5 faiz (mart ayında 11,8 faiz olub).
Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku – 8 faiz (mart ayında 4,7 faiz olub).
Serj Sarkisyanın lideri olduğu “Şərəfim var” bloku – 3,7 faiz (mart ayında 2,1 faiz oub).
“Çiçəklənən Ermənistan” – 3,2 faiz.
“Daşnaksütyun” AXC – 2,2 faiz.
Respondentlərin 23,7 faizi seçkilərdə iştirak etmək niyyətində olmadıqlarını bildirib. Sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi geriləyib, Robert Köçəryan və Serj Sarkisyanın reytinqi yüksəlib. /publika.az/