ABŞ konqresmeni ölkəni “soyqırımda şərik olmaqda” ittiham edir


ABŞ Konqresinin üzvü, demokrat Rəşidə Tlaib İsrailin Qəzzaya hücumlarını genişləndirmək planı ilə bağlı ABŞ-ı “bu soyqırımda şərik olmaqda” ittiham edib.

Turkustan.az xəbər verir ki, Tlaib X sosial media hesabında paylaşdığı mesajda İsrailin Qəzzaya hücumlarını genişləndirmək planına reaksiya verib.

İsrailin 64 gündür Qəzzaya yardımların girməsinə mane olduğunu vurğulayan Tlaib: "Müharibə cinayətkarı İsrailin baş naziri Benyamin Netanyahu bütün Fələstin əhalisini zorla qovmaq, etnik təmizləmə aparmaq, Qəzzanı dağıdıb ilhaq etmək planını açıqlayıb" deyib.

Bunun İsrailin əvvəldən planı olduğunu vurğulayan Tlaib, "ABŞ bu soyqırımda ortaqdır" deyə, bidlirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ