Türkiyənin Konya şəhərində yerləşən Konya Qida və Kənd Təsərrüfatı Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir.
Qonaqlarla görüşən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və ikili diplom proqramları haqqında ətraflı məlumat verib.
Görüşdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili kimi məsələlər də müzakirə edilib.
Çıxış edən Konya Qida və Kənd Təsərrüfatı Universitetinin rəhbər heyətindən MehmetKılıç, professor Ali Karabaçak və İsa Özgentəmsil etdikləri ali təhsil müəssisəsi haqqında məlumat verərək,birgə əməkdaşlıq etməkdəmaraqlı olduqlarını diqqətə çatdırıblar.
Dahasonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüşərək birgə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra Türkiyədən gələn nümayəndə heyətiuniversitetin zəngin maddi-texniki bazası ilə yaxından tanış olub. Gəncə şəhərinin görməli yerlərinə baş çəkiblər.