Stoltenberq və ABŞ müdafiə nazir kritik NATO sammitindən əvvəl görüşüb


NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ müdafiə naziri Lloyd Ostin paytaxt Vaşinqtonda keçiriləcək NATO Liderlər Zirvəsi öncəsi görüşüb.

Turkustan.az xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamaya görə, Stoltenberq Ostinə Ukrayna ilə bağlı güclü liderliyinə görə təşəkkür edərək, "Bu, həqiqətən bir fərq yaratdı və hamımızın Ukraynaya görünməmiş dəstək verməsini təmin etdi" dedi.

Rusiyanın Ukraynanın paytaxtı Kiyevdəki uşaq xəstəxanası da daxil olmaqla müxtəlif nöqtələri hədəf alan hücumlarını qınadığını ifadə edən Stoltenberq, müttəfiqlərin Zirvə toplantısında NATO-nun Ukraynaya dəstəyini daha da gücləndirəcək qərarlar verəcəyini bildirib.

Stoltenberq Zirvə toplantısında çəkindirmə və müdafiə mövzularının da müzakirə ediləcəyini qeyd edərək, "Müttəfiqlər göstərəcəklər ki, hər hansı bir təcavüzkarın qarşısını almağa davam etmək üçün lazım olan qüvvələrə, hazırlıqlara və imkanlara sahibdirlər. Müttəfiqlər yükdən öz paylarını daşımağa davam edirlər".

Görüş zamanı Ostin Stoltenberqə ABŞ Müdafiə Nazirliyinin əcnəbi vətəndaşa verə biləcəyi ən yüksək mükafat olan “Hörmətli Dövlət Xidməti” medalını təqdim edib.

NATO-nun 75 illiyini qeyd edəcəyi Sammit iyulun 9-11-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək. Dövlət və hökumət başçılarının qatılacağı Liderlər Zirvə toplantısında Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ