Britaniya elan etdi: Suriya ilə münasibətlər bərpa olundu


Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Suriya ilə diplomatik münasibətlərin bərpa olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, bunu Dəməşqdə deyib. Bu, Böyük Britaniyanın xarici işlər nazirinin son 14 ildə Suriyaya ilk səfəridir.

Britaniya hökumətinin mətbuat xidməti nazirin sözlərini sitat gətirib : “Yeni hökumətin bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməsinə dəstək olmaq bizim maraqlarımızdadır”.

Səfər zamanı cənab Lammi Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara və suriyalı həmkarı Əsəd əl-Şeybani ilə görüşüb. Britaniya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına əlavə 2 milyon funt sterlinq (2,7 milyon dollar) verməyə razılaşıb. Vəsait Suriyada "kimyəvi silahların məhv edilməsinə" sərf olunacaq.

Bundan əlavə, London respublikaya 94,5 milyon funt-sterlinq (130 milyon dollar) humanitar yardım göndərəcək. Qeyri-qanuni miqrasiya və digər hökumət planları ilə mübarizə üçün də maliyyə ayrılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ