“Yeni dünya düzəninin sütunu bu ölkədir” - Orban


Rəsmi Budapeşt Ukraynadakı münaqişəni həll etmək üçün Çinin sülh planını dəstəkləyir.

Turkustan.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Bu gün Avropa müharibənin tərəfindədir, yeganə istisna Macarıstandır, o, dərhal atəşkəs və sülh danışıqlarına çağırır və sülh üçün bütün beynəlxalq səyləri dəstəkləyir”, - macar lider Çin dövlət başçısı Si Cinpinlə birgə mətbuat konfransında bildirib.

Orbanın sözlərinə görə, Çin yeni dünya nizamının sütunlarından biridir. Bununla bağlı o, Macarıstanın Cinpinin təqdim etdiyi sülh təşəbbüsünü dəstəklədiyini bəyan edib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ