Nüvə apokalipsisi qaçılmazdır - Lukaşenko


“Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, nüvə apokalipsisi qaçılmazdır. Bunun üçün hamımız birləşməliyik"

Turkustan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə “Belarus xatırlayır” vətənpərvərlik tədbiri çərçivəsində Qələbə abidəsi önünə əklil və gül dəstələrinin qoyulması mərasimində deyib.

O, həmçinin qeyd edib ki, bəşəriyyət öz tarixində bir vaxtlar artıq ümumbəşəri şərə qarşı birləşməyi bacarıb və bu, qələbəyə gətirib çıxarıb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ