Rişi Sunak məğlubiyyətini etiraf etdi


Böyük Britaniyanın baş naziri Rişi Sunak cümə axşamı günü 107 bələdiyyə üçün keçirilən yerli seçkilərin nəticələrinin dəqiqləşdirilməsindən sonra verdiyi ilk açıqlamada "ciddi məyusluq keçirdiyini" etiraf edib.

Turkustan.az xəbər verir ki, rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının çoxluğu itirmək yolunda ola biləcəyini qəbul edən Sunak, İşçi Partiyasının ən geci dekabr ayında keçiriləcək ümumi seçkidə ən böyük partiya olaraq çıxa biləcəyini söylədi. “The Times” qəzetinə danışan Sunak həmçinin yerli seçkilərin heç bir partiyanın səs çoxluğu əldə etməyəcəyi ümumi seçki nəticəsinin əlaməti olduğunu müdafiə edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ