HƏMAS-ın atəşkəs qərarı Qəzzada sevinclə qarşılandı


HƏMAS-ın Misir və Qətərin təklif etdiyi atəşkəs təklifini qəbul etməsi Qəzza zolağında sevinclə qeyd olunub. HƏMAS-ın Misir və Qətərin təklif etdiyi atəşkəs təklifinin qəbul olunduğunu elan etməsindən sonra insanlar Qəzza zolağında sevincli nümayiş keçirib.

Turkustan.az xəbər verir ki, Deyr Əl-Bələh şəhərində qaçqın düşmüş yüzlərlə fələstinli küçələrə çıxaraq atəşkəs xəbərini şüarlar səsləndirərək qeyd ediblər. HƏMAS-ın verdiyi açıqlamada Qəzza zolağında Misir və Qətərin təklif etdiyi atəşkəs təklifinin qəbul edildiyi açıqlanıb və "Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Sani ilə telefon danışığı aparıb. Misir Kəşfiyyat Təşkilatı Başçısı Abbas Kamel və HƏMAS "Atəşkəs razılaşması ilə əlaqədar təklifi bəyəndiyini ifadə edib."

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ