Qəzza üçün Rəfah sərhəd qapısına gələn yardım dayandırıldı


İsrail tanklarının Rəfah sərhəd qapısına nəzarəti ələ keçirməsi ilə Qəzzaya yardım dayandırılıb.

İsrail qüvvələri sərhədin Fələstin tərəfinə nəzarəti ələ keçirdikdən sonra Misirlə Rəfah sərhəd qapısından Qəzzaya yardım axını dayanıb. İsrail ordusu radiosundan verilən açıqlamada, Rəfah sərhəd qapısına çatan yardım üçün izləniləcək marşrut çəkilib.

Turkustan.az xəbər verir ki, xəbər agentliyinə danışan rəsmi, həyati əhəmiyyət daşıyan ləvazimatların daşınmasının dayandırıldığını söyləyib.

BMT-nin yüksək rütbəli rəsmiləri dəfələrlə xəbərdarlıq ediblər ki, əgər İsrail yaxın vaxtlara qədər İsrailin hücumlarına qarşı son sığınacaq olan Rəfaha qarşı quru əməliyyatına başlasa, orada humanitar fəlakət yaşanacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ