Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb


Ermənistan mediasında və sosial şəbəkə seqmentində Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin Tavuşun Kirants kəndində olduğuna dair iddialar yayılıb.

Turkustan.az xəbər verir ki, iddialarda kənd sakinlərinin Azərbaycan xüsusu təyinatlılarını gördükləri qeyd olunur.

Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib. Bildirib ki, kənd sakinlərinin gördüyü hərbçilər Ermənistan xüsusi təyinatlıları olub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhədinin demarkasiyası nəticəsində Kirants kəndinin bölünəcəyi haqda məlumatlar var. /publika.az/


MANŞET XƏBƏRLƏRİ