Ərdoğan: "HƏMAS-ın atəşkəsi qəbul etməsindən məmnunuq"


Nazirlər Kabinetinin iclasından sonra danışan prezident Ərdoğan, "Həmasın atəşkəsi qəbul etməsindən məmnunuq. İsrail də eyni addımı atmalıdır. Bütün qərb aktyorlarını İsrail rəhbərliyinə təzyiq etməyə çağırıram" dedi. dedi. Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə də telefonla danışıb.

Turkustan.az xəbər verir ki,Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başa çatıb. Beştəpədə saat 16.30-da başlayan görüş təxminən 3,5 saat davam edib.

İclasda nazirlər öz sahələri ilə bağlı təqdimatlarla çıxış edərkən, daxili və xarici siyasətdə bir çox mövzular müzakirə olunub. Görüşdən sonra prezident Ərdoğan kameralar qarşısına keçərək açıqlamalar verib.

HƏMAS-ın atəşkəsi qəbul etməsindən danışan prezident Ərdoğan, "Həmasın atəşkəsi qəbul etməsi ilə bağlı açıqlamadan məmnunuq. Eyni addımı İsraildən də gözləyirik . Bütün Qərb aktyorlarını İsrail rəhbərliyinə təzyiq etməyə çağırıram" dedi.

Digər tərəfdən Ərdoğan sosial media hesabındakı paylaşımında Nazirlər Kabinetinin iclasından əvvəl HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Heniyye ilə telefon danışığı apardıqlarını bildirib. Haniyə ilə Qəzzada qarşıdurmalara və zorakılığa son qoyulması üçün irəli sürülən səyləri müzakirə etdiklərini bildirən Ərdoğan, görüş zamanı HƏMAS-ın vasitəçilərdən alınan atəşkəs təklifini bəyənməsini qiymətləndirdiklərini qeyd edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ