Almaniya Rusiyadakı səfirini geri çağırdı


Almaniya Rusiyadakı səfiri Aleksandr Lambsdorffu məsləhətləşmələr üçün Berlinə qaytarıb.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Almaniyaya qarşı kiberhücumundan sonra bu qərar qəbul edilib.

“Rusiyanın liberal demokratiyamıza və onu dəstəkləyən qurumlara qarşı hərəkətləri çox ciddidir və buna dözə bilmərik” – XİN qeyd edib.

Qeyd edək ki, mayın 3-də Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb. Alman mətbuatı rusiyalı diplomatın XİN-ə çağırılmasının səbəbi kimi Rusiyanın kiberhücumlarını əsas gətirib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ