Rusiya ABŞ-ı zəiflətmək üçün plan hazırlayır - Gizli sənəd


Rusiya Qərb düşmənlərini, o cümlədən ABŞ-ı zəiflətmək və Ukraynadakı müharibədən Amerikanın hökmranlığından azad qlobal nizam yaratmaq üçün istifadə etmək planları hazırlayır.

Turkustan.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" Rusiya Xarici İşlər Nazirliyinin gizli sənədlərinə istinadən məlumat dərc edib.

"2023-cü il sənədində deyilir: Biz qeyri-dost dövlətlərlə münasibətimizi düzəltməyə davam etməliyik. Rusiyanın düşmənlərini zəiflətmək istiqamətində praktiki addımlar atmaq üçün onların xarici və daxili siyasətlərində zəifliklərin axtarışı mexanizminin yaradılması vacibdir”, - Avropa kəşfiyyat agentliklərindən biri bildirib.

Sənəddə deyilir ki, Ukraynadakı müharibənin nəticəsi əsasən gələcək dünya nizamının formasını müəyyən edəcək. /axar.az/


MANŞET XƏBƏRLƏRİ