Polşa nüvə silahı istəyir - NATO-ya rəsmən müraciət edib


Polşa Nüvə paylaşma proqramında iştirak etmək üçün ərizə təqdim edərək Amerikanın nüvə silahlarının öz ərazisində yerləşdirilməsini rəsmi şəkildə tələb edib.

Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşa Müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

“Nüvə mübadiləsi adlı proqramdan danışırıq. Bu, NATO proqramıdır, lakin məsələn, Polşada yerləşəcək nüvə silahının istifadəsinə dair qərarı və tam nəzarəti amerikalılar qəbul edəcəklər. Təbii ki, bu proqram Avropada fəaliyyət göstərir. Burada Belçika, İtaliya və Almaniya iştirak edir. Polşa da bu proqramda iştirak etməyə hazır olduğunu bəyan etdi ”, - Pavel Zalevski deyib.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, NATO-nun nüvə obyektləri Polşa ərazisində yerləşərsə, “Rusiya üçün hərbi hədəfə” çevriləcəklər. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ