AB-də bir ilk: Türkiyə də dəvət edildi


AB-nin ən böyük genişlənməsinin 20-ci ildönümü tədbirləri çərçivəsində 27 üzv dövlət və namizəd ölkə Türkiyə, Monteneqro, Serbiya, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Ukrayna, Moldova, Gürcüstan və potensial namizəd Kosovo ilk dəfə bir araya gəlib.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin Birliyin fəaliyyətinə aid məsələlərdən məsul olan nazirləri, gündəlik toplantıları xaricində, ölkə prezidentinin təyin etdiyi gündəmlə "Qeyri-rəsmi Ümumi Məsələlər Şurası" adı altında bir araya gəlirlər .

Hazırkı prezident Belçika, 2004-cü ildə 10 yeni üzvün daxil olduğu Aİ-nin ən böyük genişlənməsini qeyd edən tədbirlər çərçivəsində ilk dəfə olaraq 9 mövcud namizəd ölkənin nümayəndələrini və potensial namizəd Kosovonu Ümumi İşlər Şurasının iclasına dəvət edib.

Belə ki, görüşdə Aİ-yə namizədlər Türkiyə, Monteneqro, Serbiya, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Ukrayna, Moldova, Gürcüstan və potensial namizəd Kosovonun nümayəndələri də iştirak ediblər.

Belçikanın xarici işlər naziri Hadja Lahbib, Brüsseldəki Eqmont sarayında keçirilən toplantının girişində verdiyi açıqlamada, gündəmin "genişlənmə prosesində qanunun aliliyinin gücləndirilməsi" olacağını söylədi. Lahbib, ilk dəfə Avropa perspektivi olan ölkələrin qatıldığı unikal formatda keçiriləcək toplantıda 2004-cü ildəki genişlənmədən çıxarılan dərslərlə Aİ-nin gələcəyinin hüquqi prinsiplər ətrafında formalaşmasını müzakirə edəcəklərini bildirib.

Türkiyənin AB-dəki daimi nümayəndəsi, səfir Faruk Kaymakcı sosial media hesabından verdiyi açıqlamada belə bir toplantıya ilk dəfə qatıldığını qeyd edərək, “Üzvlük perspektivinin gücləndirilməsinin islahatları sürətləndirəcəyini və qanundan sui-istifadə hallarının sürətlənəcəyini vurğuladıq. Danışıqlar zamanı veto hüququnun hər kəsin zərərinə olan nəticələri var”.

Çexiya, Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Malta və Cənubi Kipr Rum Administrasiyası 2004-cü ildə Aİ-yə üzv olublar. Beləliklə, Aİ tarixinin ən əhatəli genişlənməsini tamamladı.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ