“Azərbaycan və Ermənistan danışıqlarda iştirakını təsdiqlədi” – Qazaxıstan XİN


“Azərbaycan və Ermənistan Qazaxıstanda keçiriləcək danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər”.

Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bildirib.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda baş tutacaq”, - Smadiyarov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev nəşrə bildirib ki, Ermənistanın iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixi müəyyən edilməyib.

İki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası Ermənistan və Azərbaycana son səfərləri zamanı respublika prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb. yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ