Makron səfiri niyə Bakıya qaytardı? - Açıqlama


“Fransa 2020-ci il Vətən müharibəsindən bu günə qədər düşmənçiliyini, qərəzli mövqeyini ortaya qoymaqdadır. Lakin hər addımda ciddi müqavimətlə rastlaşır. Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin qarşısında çox çıxılmaz vəziyyətə düşür. Artıq proses Azərbaycan liderinin müəyyən etdiyi xətt boyunca addım-addım gedir”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fəzail Ağamalı Fransa prezidenti Emmanuel Makronun anti-Azərbaycan siyasəti haqda danışarkən deyib.

O, daha sonra çıxışına bunları əlavə edib:

“Dörd kəndimizin geri qaytarılmasıyla bağlı Azərbaycanın qazandığı uğurlu diplomatik nəticə ABŞ və dünyanın ayrı-ayrı ölkələri tərəfindən təqdir olundu. Bu, bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazda sülhün, əməkdaşlığın tərəfdarı kimi çıxış edir və onun yeganə təminatçısıdır. Makron ola bilsin ki, səfiri çağırıb. O da olanları olduğu kimi ona çatdırıb. Bundan sonra Makron məqsədinə çatmadığına görə səfiri təzədən geri göndərib. Ola bilsin ki, ona müəyyən təlimatlar da verib. İndi baxaq görək, Fransanın Bakıdakı səfiri özünü hansı səviyyədə göstərəcək. Azərbaycan isə uğurlu addımlarla irəlidədir və əminəm ki, biz istədiyimizə nail olacağıq”.

Qeyd edək ki, Emmanuel Makron Fransanın Azərbaycandakı səfiri Ann Buayonu Bakıya qaytarıb. O, 16-da ölkəsinə geri çağırmış və Makronla görüşmüşdü.


MANŞET XƏBƏRLƏRİ