Lukaşenko Putinin “terror versiyası”na qarşı – Belarus prezidentindən GÖZLƏNİLMƏZ AÇIQLAMA


Belarus prezidenti Aleksandr Lukaşenko “Crocus City Hall” kompleksində törədilmiş terror aktında Ukraynanın əli olduğuna dair Rusiyanın iddialarını alt-üst edəcək açıqlama ilə çıxış edib.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko terrorçuların hadisədən sonra Ukraynaya deyil, Belarusa daxil olmaq niyyətində olduğuna diqqət çəkib.

Lukaşenko bildirib ki, terror başlayandan dəqiqələr sonra Rusiya hakimiyyətindən xəbər alıb. Belarus bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib, və cinayətkarların ölkəyə daxil olmasının qarşısını almaq üçün yollarda nəzarət-buraxılış məntəqələri qurulub.

“Buna görə də onların Belarusa daxil olmaq şansları yox idi. Onlar bunu anladılar. Beləliklə, onlar Rusiya-Ukrayna sərhədinə doğru yol aldılar”, – deyə o bildirib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ