Moskva ilə vidalaşdılar - “Sağ olun, artıq sizə ehtiyacımız yoxdur”


Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsi həll olunub, İrəvan və Moskva artıq bu məsələni müzakirə etmir. Bu, artıq Ermənistan üçün qərarlaşdırılmış mövzudur, məncə, heç bir müzakirə aparılmır.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Bu, qurumlarası saziş idi, məqsədi həmin ərazidə erməni sərhədçilərinə kömək etmək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur. Bildirdik ki, sağ olun, kömək etdiniz, amma indi belə bir köməyə ehtiyacımız yoxdur”, - spiker bildirib.

Rusiya sərhədçilərinin sözügedən hava limanından avqustun 1-dək çıxacaqları açıqlanıb. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ