İslami Cihad Hərəkatı əsirlərlə bağlı hər iki tərəfdən “hər kəsin əvəzində hər kəsi azad etmək” tənliyini qəbul edə biləcəklərini ifadə edərək, “İsrail bütün əsirlərimizi azad etməyə hazırdırsa, biz də hazırıq” deyib.
Turkustan.az xəbər verir ki, İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Hindi əsirlərlə bağlı İsrailə çağırış edib.
Məsələ ilə bağlı Əl-Cəzirə televiziyasına açıqlama verən Hindi, İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Seriyasının nəzarətində olan İsrailli qadın və uşaqlardan ibarət “mülki əsirləri” təhvil verdiyini bildirib.
Baş katibin müavini Hindi, "Məhkumlar məsələsində hər iki tərəfdən hər kəsin müqabilində hər kəsin azad edilməsi tənliyini qəbul edə bilərik. İsrail bütün məhbuslarımızı azad etməyə hazırdırsa, biz də hazırıq" dedi.
İsrailin hərbi yolla əsirləri xilas edə bilmədiyini və buna görə də bu mövzuda seçiminin çətin olduğunu bildirən Hindi, İsrailin müharibəyə hazırlaşmaq niyyətində olduğunu göstərərək danışıqların gedişinə təsir göstərməyə çalışdığını bildirib.
Hindi "düşmənə etibar olmadığı üçün" hər cür gərginliyə hazır olduqlarını vurğulayıb.
Müqavimət qüvvələrinin performansı və Fələstin xalqının əzmkarlığının mübarizənin taleyini təyin edəcəyini vurğulayan Hindi, İsrailin artan itkilər kölgəsində hücumlara son qoymalı ola biləcəyinə diqqət çəkib.
Müqavimət qüvvələrinin döyüşçülərinin çoxunun səngərlərdə deyil, evlərində olduqları zaman həyata keçirilən hücumlarda həlak olduğunu ifadə edən Hindi, Qəzza zolağının orta hesabla 35 min ton partlayıcının olduğu "çılgın bombardmanlara" şahidlik etdiyinə diqqət çəkdi.
Eltac/Turkustan.az