Yandex-in qurucusu: “Ukraynadakı müharibənin əleyhinəyəm”


Rusiyanın “Yandeks” internet şirkətinin yaradıcısı Arkadi Voloj Ukraynadakı müharibənin əleyhinə olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Rusiyanın “Yandex” internet şirkətinin təsisçisi Arkadiy Voloj Rusiya mediasına göndərdiyi açıqlamada “müəyyən səbəblərdən” indiyə qədər susduğunu bildirib.

Açıqlamasının vaxtının tənqid oluna biləcəyini, amma önəmli olanın məzmun olduğunu vurğulayan Voloj, "Mən bu savaşın əleyhinəyəm. Mövqeyimi aydınlaşdırmaq istəyirəm" dedi. ifadəsini işlətdi.

Qohumlarının və dostlarının Ukraynada yaşadığını bildirən Voloj “2014-cü ildən Rusiyada yaşamasam da, ölkənin hərəkətlərində mənim də payım olduğunu anlayıram” deyib.

Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyaya məruz qalan Voloj 2022-ci ilin dekabrında Yandex-dən ayrılacağını açıqlayıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ