Zaporojyedə PUA hücumu: Yaralıların sayı artdı


Ukraynada baş verən PUA hücumu nəticəsində yaralananların sayı yeddi nəfərə çatıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Zaporojye Vilayət Hərbi Administrasiyasının (OVA) rəhbəri İvan Fedorov Telegram-da bildirib.

O qeyd edib: “Artıq iki uşaq da daxil olmaqla yeddi yaralı var. Zaporojyeyə səhər hücumu nəticəsində zərərçəkənlərin sayı artır”.

Məlumata əsasən, yaralılar arasında beş qadın və iki uşaq — üç yaşlı qız və doqquz yaşlı oğlan da var. Onlara tibbi yardım göstərilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ