Tramp xəbəri eşidən kimi saatlarla qışqırıb – İranla müharibədə yaşananlar


ABŞ Prezidenti Donald Tramp İranın Amerika qırıcı təyyarəsini vurmasından sonra köməkçilərinə saatlarla qışqırıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti 1979-cu ildəki girov böhranının təkrarlanmasından çox qorxurdu:

“Həmin vaxt İran tələbələri ABŞ-ın bu ölkədəki səfirliyini ələ keçirərək 66 amerikalı diplomatı girov götürmüşdülər. Aprelin 3-də vurulan F-15E təyyarəsindən iki pilotun itkin düşməsini öyrəndikdən sonra Tramp qəzəbini Ağ Evin bir neçə əməkdaşına yönəltdi.

O, təcili axtarış-xilasetmə əməliyyatı tələb etdi və ordunun konkret fəaliyyət planı hazırlamaq üçün vaxta ehtiyacının olmasından da qəzəbləndi. Trampın köməkçiləri əməliyyat brifinqləri aldılar, lakin dövlət başçısına yalnız ən vacib detallar barədə məlumat verdilər, çünki onun səbirsizliyinin əməliyyatı pozacağından çəkinirdilər”.

Qeyd edək ki, aprelin 3-də İran “F-15E” qırıcı təyyarəsinin axtarış əməliyyatında iştirak edən ABŞ-yə məxsus iki “UH-60 Blackhawk” helikopterinə zərbə endirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ