“Habertürk” və “Show TV”nin üzərinə həbs qoyuldu


Türkiyənin “Habertürk” və “Show TV” kimi nəhəng media holdinqlərinin də daxil olduğu 121 şirkətin üzərinə həbs qərarı qoyulub.

Turkustan.az bildirir ki, bu barədə “TRT Haber”ə istinadən məlumat yayıb.

İstintaq işinin İstanbulun Küçükçekmece Respublika Prokurorluğu tərəfindən başladıldığı bildirilir. Artıq səkkiz yüksəkvəzifəli şəxs haqqında həbs qərarı çıxarılıb.

Qeyd olunur ki, söhbət cinayət təşkilatı yaratmaq, qaçaqmalçılıq, fırıldaqçılıq, çirkli pulların yuyulması kimi iddialarından gedir./globalifo.az


MANŞET XƏBƏRLƏRİ