İsveç TƏCİLİ Polşanın müdafiəsinə GƏLİR


İsveç təcili olaraq Polşaya əlavə təyyarə və hava hücumundan müdafiə vasitələri göndərir.

Turkustan.az xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.

“Mən indicə İsveçin müdafiə nazirindən Polşaya əlavə yardımın, o cümlədən hava hücumundan müdafiə texnikası və təyyarələrinin göndərilməsinin təcili zərurəti barədə məlumat aldım”, – deyə, nazir qeyd edib.

Nazir, həmçinin Polşaya hansı təyyarə və hava hücumundan müdafiə vasitələrinin göndəriləcəyini də hələ dəqiqləşdirməyib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ