"Azov" növbəti hücumun qarşısını aldı: Rusiya itki verir


Ukrayna Milli Qvardiyasının “Azov” birinci korpusu Pokrov istiqamətində təyin olunmuş müdafiə zonasını tutub.

Turkustan.az xəbər verir ki, bu barədə Azov Korpusu Facebook səhifəsində məlumat yayıb.

"Vəziyyət mürəkkəb və dinamik olaraq qalır. İstiqamətdə irəliləməyə çalışan düşmən canlı qüvvə və texnikada xeyli itki verir", - məlumatda deyilir.

Qeyd olunur ki, Azov bölmələri müəyyən edilmiş ərazidə düşmən qüvvələrinin qarşısını almağı planlaşdırıb və tədbirlər həyata keçirib.

Korpus həyata keçirilən tədbirlərin nəticələri barədə daha sonra məlumat verəcək.

Dnepr əməliyyat-strateji qoşun qrupu Rusiya qoşunlarının Pokrov istiqamətində növbəti hücumlar üçün qüvvə toplamaqda davam etdiyini qeyd edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ