Almaniya İsraili Yaxın Şərq siyasətini dəyişməyə çağırıb


Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Florian Han İsrailin hazırkı siyasətini "tamamilə yanlış" adlandırıb və bu ölkəni Yaxın Şərq münaqişəsində siyasi kursunu dəyişməyə çağırıb.

Han bu fikirləri BMT-nin Nyu-Yorkda keçirilən Fələstin-İsrail münaqişəsinin həllinə dair konfransında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Almaniya hər zaman İsrailin və onun xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək. Berlin, eyni zamanda, Fələstin dövlətinin tanınmasını yalnız iki dövlət prinsipinə əsaslanan danışıqların nəticəsində mümkün hesab edir.

"Biz Almaniya olaraq, Fələstin dövlətini bu cür danışıqların sonunda tanımağa üstünlük verəcəyimizi bəyan etmişik. Bu, bizim mövqeyimiz olaraq qalır. Ancaq görürük ki, İsrailin hazırkı siyasəti əks istiqamətdə irəliləyir", – deyə Florian Han bildirib.


MANŞET XƏBƏRLƏRİ