Türkiyə İŞİD-lə mübarizə üçün Suriyada bazalar qurmaq niyyətindədir


Türkiyə “İslam dövləti” terror qruplaşması ilə mübarizə üçün qonşu Suriyada hərbi bazalar qurmağı planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət quru qoşunları və hava qüvvələrinin birgə bazasından, eləcə də dəniz bazasından gedir. Nəşr yazır ki, yeni şərtlər daxilində Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün lazımi yardımı göstərəcək.

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında yaxın günlərdə keçiriləcək görüşün Suriya ilə bağlı bir çox məsələyə həll yollarının tapılması baxımından əhəmiyyətli olacağı vurğulanır. Danışıqların nə vaxt və harada aparılacağı açıqlanmır. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ