ABŞ-ın 22 bənddən ibarət hərtərəfli sülh planının birinci bəndi hərtərəfli atəşkəs tələb edir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq X platformasında yazıb.
Onun sözlərinə görə, atəşkəs müharibəni elə indi dayandıra bilər:
"İstanbulda ABŞ Dövlət katibi Marko Rubio açıq şəkildə bildirdi ki, güclü sülh planı təqdim etmişik. Londondakı görüşlərdən sonra biz sülhə nail olmaq üçün əsas olan 22 bənddən ibarət hərtərəfli plan hazırladıq.
Birinci məqam, qətli dərhal dayandıra biləcək hərtərəfli atəşkəsdir". /axar.az/