ABŞ-ın keçmiş prezidenti Co Baydenə "kəskin" prostat xərçəngi diaqnozu qoyulduğu bildirilir.
Turkustan.az xəbər verir ki, Baydenin ofisindən onun səhhətinin vəziyyəti ilə bağlı yazılı açıqlama verilib.
Açıqlamada Baydenin keçən həftə sidik ifrazı əlamətləri və prostat düyünü aşkarlandıqdan sonra həkimlər tərəfindən müayinə edildiyi, mayın 16-da cümə günü ona prostat xərçəngi diaqnozunun qoyulduğu bildirilib.
Həmçinin Baydenin xərçəng hüceyrələrinin 1-dən 10-a qədər olan miqyasda necə göründüyünü ölçən Gleason balında 9 bal olduğu qeyd edildi.
Baydenin ailəsi ilə müalicə variantlarını müzakirə etdiyi və tezliklə müalicəyə başlayacağı da ictimaiyyətlə paylaşıldı.
Aytən Yaşar/ Turkustan.az