Zelenski Trampa məktub yazdı: "Əməkdaşlıq edək"


Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampa məktub göndərərək müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təklif etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəsmi internet saytından verilən yazılı açıqlamada, Zelenski ilə ABŞ-ın vitse-prezidenti J.D.Vansın bu gün Vatikanda görüşdüyü xatırladılıb.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün İstanbulda aparılan sülh danışıqları və cəbhədəki son hadisələrin müzakirə edildiyi xatırladılıb, həmçinin tərəflərin ABŞ və Ukrayna arasında imzalanmış “iqtisadi tərəfdaşlıq” sazişinin həyata keçirilməsindən danışdıqları bildirilib.

“ Zelenski qeyd edib ki, o, Trampa müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təkliflərini özündə əks etdirən məktub göndərib”, - məlumatda deyilir.

Katoliklərin ruhani lideri və vəzifəsini icra etməyə başlayan Vatikanın prezidenti Papa XIV Leo üçün keçirilən mərasimdə iştirak etmək üçün Vatikanda olan Zelenski və Vans bu gün görüşüblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ