Ukrayna ordusunda vuruşmuş azərbaycanlı Rusiyada mühakimə olundu


Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Azərbaycan, Belçika və İsveçdən olan muzdlular barədə hökm çıxarıb.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist müharibə və digər cinayətlər törətməkdə ittiham olunaraq 14 il müddətinə azadlıqdan məhrum ediliblər. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ