Saxlanılan Alı Əliyev bu generalın “sağ əli” olub - Şok detallar


Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Hərbi Prokurorluğun yaydığı məlumata görə, Əliyev Alı İsrayıl oğlu haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.

Alı Əliyev kimdir?

Turkustan.az xəbər verir ki, Bizim.Media-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, saxlanılan Əliyev Alı İsrayıl oğlu bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub.

Alı Əliyevlə yanaşı, Ənvər Əfəndiyevin də Quru Qoşunları Komandanı olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verdiyi bildirilir.

Xatırladaq ki, 23.07.2021-ci il tarixdə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilən Ənvər Əfəndiyev 11.01.2024-cü il tarixində vəzifəsindən azad edilib.

Həmin tarixdə ölkə başçısının sərəncamı ilə həmin vəzifəyə general-leytenant Hikmət Mirzəyev təyin edilib.


MANŞET XƏBƏRLƏRİ