“Müasir Azərbaycan Gəncliyi və qarşıda duran vəzifələr” başlığı altında tədbir keçirilib - FOTOLAR


Aprelin 20- də Bakı şəhər, Nizami rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında “Müasir Azərbaycan Gəncliyi və qarşıda duran vəzifələr” başlığı altında tədbir keçirilib.

Turkustan.az xəbər verir ki, tədbirdə Millət vəkili Aqil Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov, media nümayəndələri, müxtəlif Mərkəzi İcra Hakimiyyəti orqanlarında çalışan Kəlbəcərli gənclər və ali təhsil ocaqlarında oxuyan tələbələr iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İlk olaraq görüşdə çıxış edən Millət vəkili Aqil Məmmədov tədbir iştirakçılarını və gəncləri salamlayaraq qeyd etmişdir ki, hər bir vətəndaş peşəsindən, vəzifəsindən, statusundan və tutuduğu mövqedən asılı olmayaraq öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Gənclərimiz daima cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməli, çalışdığı, təhsil aldığı yerlərdə xalqa, dövlətə ləyaqətlə xidmət etməli, dövlətimizin apardığı uğurlu siyasəti, əldə olunan sabitliyi xalqa çatdırmaq üçün təbliğatçısı olmalı, sosial şəbəkələrdə ölkəmizə, dövlətimizin uğurlu siyasətinə kölgə salmağa çalışanlara qarşı daima mübarizə aparmalı olduğunu vurğulayıb.

Millət vəkili 44 günlük vətən müharibəsində və 19 sentyabr 2023 -cü ildə Lokal xarakterli Antiterror əməliyyatında əldə edilən böyük qələbədən sonra Qazax rayonunun erməni işğalında olan 4 kəndinin bir gülə atılmadan Azərbaycana qaytarılması barəsində də söhbət açıb və qeyd etdi ki, həmən 4 kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsi, dövlətimizin isə əldə etdiyi daha bir uğurun göstəricisidir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir deyə bildirib.

Daha sonra çıxış edən natiqlər və gənclərimiz

Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük uğurlarından, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasından, Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevrəsindən danışıblar.

Sonda gənclərimiz, Azərbaycan gəncliyinin 44 günlük vətən müharibəsində olduğu kimi, daima cənab prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşəcəklərini, dövlətimizə, millətimizə sədaqətlə xidmət edəcəklərini bildiriblər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ