Paşinyandan ETİRAF: “Erməni xalqı real olmayan sərhədlərdən imtina etməlidir, yoxsa…”


“Biz heç kimə öz torpaqlarımızı bağışlamırı. Sadəcə hər kəsin beynəlxalq tanınmış sərhədləri var, hər kəs bu beynəlxalq tanınmış sərhədlərində yaşamalı, öz inkişafına baxmalıdır.

Turkustan.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşü zamanı bildirib.

O qeyd edib ki, artıq erməni xalqı xəyali, real olmayan sərhədlərdən imtina etməlidir:

“Biz xəyali Ermənistandan real Ermənistana keçməliyik. “Bu övladlarımızı qoruyacaq, Ermənistanı isə nəhayət suveren, demokratik və azad bir dövlət edəcəyik. Əks halda xəyali Ermənistana görə biz real ölkəmizi də itirə bilərik”. /Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ