Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı


Sabiq təhsil naziri Misir Mərdanov Astar TV-yə müsahibəsində xeyli bahalı və brend kostyumları olduğunu, lakin kökəldiyinə görə artıq onları geyinmədiyini bildirib. Sabiq nazirin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və sözügedən paltarların hədiyyə edilməsi istənilib.

Maraqlıdır, Misir Mərdanov həmin kostyumları kiməsə hədiyyə edirmi?

Globalinfo.az-a danışan Misir Mərdanov bu barədə heç vaxt düşünmədiyini bildirib:

“İstəmərəm ki, kimsə geyinilmiş kostyumlarımı geyinsin. Yəni kiməsə köhnə geyimimi vermək mənə uyğun addım deyil. Bir qardaşımla ölçülərimiz uyğun gəlir, amma ona da hədiyyə etməmişəm. İstifadə edilmiş geyimi hədiyyə etmək yaxşı çıxmaz. Yeni olsaydı, təbii ki, verərdim, amma geyinilmişi yox”.


MANŞET XƏBƏRLƏRİ